Kreml Bəşər Əsədin Rusiyada olması ilə bağlı heç bir məlumat verə bilmir
Eçmiədzin rəsmisi: II Qaregin katolikos taxtını tərk etməyi düşünmür
Kreml: Ukraynanın Qara dənizdə tankerlərə endirdiyi zərbələr Türkiyənin suverenliyinə qarşı qəsddir
Zelenski Ukrayna-ABŞ danışıqlarına münasibət bildirib: Hələ üzərində işləniləsi çətin məsələlər var
13:44
413
Azərbaycan Mərkəzi Bankın sədri Taleh Kazımov Çin Xalq Bankının sədri Pan Qonşenq ilə görüşüb.
“APA-Economics” bu barədə Azərbaycan Mərkəzi Bankın sədri Taleh Kazımov “X” sosial şəbəkə hesabında bildirib.
“Görüş zamanı monetar siyasət və maliyyə sabitliyi, ödəniş sistemləri, QR və mobil ödəniş həlləri, eləcə də ödəniş xidmətləri təchizatçılarının fəaliyyətinin tənzimlənməsi mövzularını müzakirə etdik. Bundan əlavə, rəqəmsal valyuta sahəsində tənzimləmə təcrübələri ətrafında fikir mübadiləsi apardıq.
Görüşdə həmçinin Azərbaycan və Çin mərkəzi bankları arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikirlərimizi bölüşdük” - paylaşımda qeyd edilib.