2 Dekabr 2025 10:52
1 722
2025-ci il dekabrın 1-nə Azərbaycanda pul bazası 22 milyard 128.4 milyon manat təşkil edib.
"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, pul bazası ötən aya nisbətən 3,4% və ya 733 milyon manat artıb.
Məlumata görə, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 5,8% artıb.
Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.