SOCAR Dəməşq Hava Limanının yanacaq təchizatı üçün “UCC Holding”lə birgə müəssisə yaradır İqtisadiyyat

SOCAR Dəməşq Hava Limanının yanacaq təchizatı üçün “UCC Holding”lə birgə müəssisə yaradır

SOCAR ilə “UCC Holding” arasında Dəməşq Hava Limanının yanacaq təchizatı üzrə Anlaşma Memorandumu imzalanıb.

Bu barədə SOCAR-dan bildirilib.

Sənədə əsasən, şirkətlər tərəfindən Dəməşq Hava Limanına aviasiya yanacağının təchizatını həyata keçirəcək və zəruri infrastrukturu təmin edəcək birgə müəssisənin yaradılması nəzərdə tutulur. Birgə müəssisədə SOCAR-ın rolu yanacaq təchizatı əməliyyatlarına texniki dəstək göstərmək və aviasiya yanacağının təchizatını təmin etmək olacaq.

Qeyd edək ki, cari ildə 6 sentyabr tarixində SOCAR ilə “UCC Holding” arasında Suriyada və beynəlxalq enerji bazarlarında uzunmüddətli əməkdaşlığı nəzərdə tutan Anlaşma memorandumları imzalanıb.

SOCAR Dəməşq Hava Limanının yanacaq təchizatı üçün