Baş nazir: Azərbaycanda hərbi sənaye sürətlə inkişaf edir, hökumət qarşısında sənaye klasteri yaradılması vəzifəsi qoyulub İqtisadiyyat

Baş nazir: Azərbaycanda hərbi sənaye sürətlə inkişaf edir, hökumət qarşısında sənaye klasteri yaradılması vəzifəsi qoyulub

Azərbaycanda hərbi sənaye sürətlə inkişaf edir, hökumət qarşısında sənaye klasteri yaradılması vəzifəsi qoyulub.
APA-nın xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Baş nazir qeyd edib ki, hökumətin əsas xərc istiqamətlərindən biri də təhlükəsizliyin, hərbi-müdafiə potensialının daha da gücləndirilməsidir: “Növbəti ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri ümumi büdcə xərclərinin təqribən 21%-ni (8.7 mlrd.manat) təşkil edir: “Bu gün Azərbaycanda hərbi sənaye sürətlə inkişaf edir və uzun illər ərzində bu sahəyə böyük vəsait ayrılır və diqqət göstərilir. Artıq bir çox ölkələrə hərbi təyinatlı məhsul ixrac edirik. Prezident tərəfindən Hökumət qarşısında vəzifə qoyulub ki, həm daxili tələbatı ödəmək, həm də ixrac etmək üçün sənaye klasteri yaradılsın. Bu istiqamətdə artıq müvafiq işlər aparılır”.