12:06
483
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə birgə sərmayə fondlarının əhəmiyyəti açıqlanıb.
APA-nın xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Baş nazir qeyd edib ki, bu gün Azərbaycan bir sıra Mərkəzi Asiya ölkələri ilə birgə sərmayə fondları yaradıb, bir sıra dost ölkələrə Dövlət Neft Fondu və SOCAR vasitəsilə investisiya yatırıb: "Bu fondlar vasitəsilə bir çox layihələr icra ediləcək, ölkəmiz dividendlər qazanacaq və iqtisadiyyatımız üçün əlavə dəyər yaranacaq. Beləliklə, sadalanan istiqamətlər yeni inkişaf modelini və yeni artım drayverlərini yaradan strateji layihələrdir”.
13:08
7
12:24
483
12:10
448