15:21
546
Cari ilin 11 ayında Türkiyənin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz artaraq 247,2 milyard dollara yüksəlib.
“APA-Economics” xəbər verir ki, bu barədə “Anadolu” Agentliyi ölkənin Ticarət Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata əsasən, Türkiyə yanvar–noyabr aylarında qonşu olan Azərbaycan, Bolqarıstan, Gürcüstan, İran, İraq, Suriya və Yunanistana 25 milyard 310 milyon 335 min dollarlıq ixrac həyata keçirib ki, bu da illik müqayisədə 3,4% çoxdur.
Hesabat dövründə Türkiyənin ən çox ixrac etdiyi qonşu ölkə təxminən 9,3 milyard dollarla İraq olub. Qeyd olunan göstərici üzrə ikinci yerdə Bolqarıstan (4,2 milyard dollar), üçüncü yerdə isə Yunanistan (3,2 milyard dollar) qərarlaşıb.
Qeyd olunur ki, yanvar–noyabr ayları dövründə Türkiyənin ən çox ixracı artırdığı ilk üç ölkə sırasında Suriya (54,2%), Azərbaycan (6,1%) və Bolqarıstan (6%) yer alıb.
15:44
497
14:48
609
13:08
700