Dövlət Xidməti: Bakının mərkəzində yerləşən binanın eyvanı təbii təsirlərdən uçub
Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
Azərbaycanda bayağı musiqilərlə hüquq müstəvisində mübarizə aparmaq təklif edilib
Hikmət Hacıyev: Ermənistanla sülh prosesi qlobal münaqişələr kontekstində uğur hekayəsidir
11:57
490
Ukraynanın Qara dənizdə Xəzər Boru Kəməri Konsorsiumuna məxsus terminala endirdiyi zərbələrdən sonra Qazaxıstan özünün “Kaşaqan” neft yatağından neftin bir hissəsini Çinə ötürəcək.
APA xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.
Bildirilib ki, Ukraynanın Qara dənizdə Xəzər Boru Kəməri Konsorsiumunun terminalına zərbələri Qazaxıstanı alternativ ixrac marşrutu axtarmağa məcbur edib və buna görə də Qazaxıstan Çini seçib.
Qeyd edək ki, qlobal neft tranzitinin 1%-i Xəzər Boru Kəməri Konsorsiumu vasitəsilə həyata keçir. Bu konsorsiumun səhm sahibləri Rusiya, Qazaxıstan və ABŞ-dır. Qazaxıstan neftinin əksər hissəsi ixrac üçün sözügedən konsorsiumla Rusiyanın Qara dənizdəki Novorossiysk limanına göndərilir və oradan da beynəlxalq müştərilərə çatdırılır.