IEA qlobal neftin təklifi ilə bağlı gözləntilərini azaldıb İqtisadiyyat

IEA qlobal neftin təklifi ilə bağlı gözləntilərini azaldıb

Beynəlxalq Enerji Agentliyi (IEA) bu il üçün ortalama gündəlik qlobal neft təklifinin artım tempi üzrə proqnozunu azaldıb.

Bu barədə “APA-Economics” Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatına istinadən xəbər verir.

Proqnoza əsasən, bu il ortalama gündəlik qlobal neft tədarükü 3 mln. barel artıb ki, bu da öncəki proqnoz göstəricisindən 100 min barel azdır.

Hesabatda qeyd olunur ki, 2026-cı ildə gündəlik qlobal neft təklifinin artım tempinin 2,4 mln. barel olacağı ehtimal olunur (öncəki proqnoz göstəricisi – 2,5 mln. barel).

Belə ki, Agentliyin məlumatına əsasən, 2025-ci ildə ortalama gündəlik qlobal neft təklifi 106,2 mln. barel, 2026-cı ildə isə 108,6 mln. barel təşkil edəcək.