Şahin Şıxlınskiyə yekun ittiham elan olunub, işi aparan və ifadə verənlər ermənilərdir
Ərdoğan Putinlə Rusiya-Ukrayna müharibəsini müzakirə edib - YENİLƏNİB
Azərbaycanda hava yolu ilə sərnişin daşımaları artıb, yük daşımaları isə azalıb
Ümummilli Lider Heydər Əliyevin Anım Günü Özbəkistanda qeyd olunub
ABŞ, Aİ-dən Qəzzaya beynəlxalq qüvvələr göndərməyi tələb edib
14:01
511
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 5 012,8 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,6% artıb.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə neft məhsullarından mazut istehsalı 2,1 dəfə, neft koksunun istehsalı 25,8%, qazoylların (dizel yanacağının) istehsalı 18,4%, ağ neft istehsalı 14,3%, avtomobil benzinin istehsalı10,9% artıb.
Məlumata görə, hesabat dövründə neft bitumu istehsalı 5,1%, sürtkü yağları istehsalı isə 48,3% azalıb.
Azərbaycanda istehsal olunan neftməhsulları:
|
Məhsul növləri |
2025-ci ilin yanvar-noyabr aylarında istehsal edilib |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
01.12.2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı |
|
Avtomobil benzini, min ton |
1 342,2 |
110,9 |
79,2 |
|
Ağ neft, min ton |
634,4 |
114,3 |
18,6 |
|
Qazoyllar (dizel yanacağı), min ton |
2 329,1 |
118,4 |
142,7 |
|
Mazut, min ton |
58,7 |
2,1 d. |
1,4 |
|
Sürtkü yağları, min ton |
32,8 |
51,7 |
1,1 |
|
Maye qazlar, min ton |
206,7 |
124,3 |
3,0 |
|
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton |
684,4 |
70,5 |
49,2 |
|
ondan: neft bitumu, min ton |
225,6 |
94,9 |
6,6 |
|
neft koksu, min ton |
218,6 |
125,8 |
41,9 |