11:32
581
2025-ci ilin III rübündə Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 1,1 mlrd. ABŞ dolları təşkil edib.
“APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının tədiyyə balansının 9 aylıq nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında bildirilib. Müqayisə üçün, 2024-cü ilin 9 ayı üzrə tədiyyə balansı 181,6 milyon dollar həcmində profisitli olub.
Bu şəraitdə ölkənin strateji valyuta aktivləri 81,5 mlrd. ABŞ dolları təşkil edib.
Qeyd edilib ki, cari əməliyyatlar balansında 3 mlrd. dollar həcmində profisit qeydə alınıb (2024-cü ilin 9 ayında 4,0 mlrd. ABŞ dolları profisit).
Mətbuat konfransında bildirilib ki, hesabat dövründə xam neftin orta qiyməti 70 ABŞ dolları/barel olub. Müqayisə üçün, 2024-cü ilin 9 ayında bu göstərici 86 ABŞ dolları/barel səviyyəsində formalaşmışdı. Təbii qazın qiyməti isə 12% artaraq min kubmetr üzrə 294 dollara qalxıb.