Dövlət müəssisələrinin maliyyə göstəricilərinin monitorinqi üçün yeni qaydalar tətbiq ediləcək İqtisadiyyat

Dövlət müəssisələrinin maliyyə göstəricilərinin monitorinqi üçün yeni qaydalar tətbiq ediləcək

Dövlət müəssisələrinin büdcə və maliyyə göstəricilərinin monitorinqi üçün yeni Qaydalar layihəsi hazırlanıb.

Bu barədə Maliyyə Nazirliyinin kollegiya iclasında bildirilib.

Vurğulanıb ki, dövlət müəssisələrinin büdcə və maliyyə göstəricilərinin monitorinqinin təkmilləşdirilməsinin, vahid hesabat şablonlarının tətbiqinin əhəmiyyəti vurğulanıb və bu çərçivədə həm dövlət şirkətləri, həm də publik hüquqi şəxslər üzrə vahid monitorinq mexanizminin tətbiqinin planlaşdırıldığı qeyd olunub. Bu tədbirlər dövlət vəsaitlərinin səmərəli idarəedilməsini, maliyyə şəffaflığını və hesabatlılığını daha da gücləndirəcəkdir.

Həmçinin, qeyd edilib ki, hazırda vahid maliyyə məlumat bazasının formalaşdırılması, böyük həcmli məlumatların emalı və analitik təhlili üçün modellərin tətbiqi, eləcə də büdcənin gəlir və xərclərinin proqnozlaşdırılmasını dəstəkləyəcək proqram təminatının inkişaf etdirilməsi üzrə işlər davam etdirilir.