16:04
560
Energetika naziri Pərviz Şahbazov və Oman Sultanlığının iqtisadiyyat naziri Said bin Mohammed bin Ahmed Al Saqri arasında görüş keçirilib.
Nazirlikdən verilən məlumata görə, görüşdə Azərbaycanın neft hasilatı sahəsində tarixi təcrübəsi, təbii qazın təchizatçısı kimi enerji təhlükəsizliyində mühüm rolu, həmçinin bərpa olunan enerjinin istehsalı və ixracı istiqamətində həyata keçirilən layihələr barədə məlumat verilib. “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin elektrik enerjisi, fiber-optik və hidrogen komponentlərindən bəhs edilib. Həmçinin məlumat mərkəzlərinin yaradılması və onların elektrik enerjisi ilə təchizatı, bu sahəyə investisiyaların təşviqi ilə bağlı fikir mübadiləsi aparılıb.
Söhbət zamanı Omanın neft və qaz sahəsinə davamlı investisiyaları qeyd olunub. Bu sektorun həm Oman, həm də dünya üçün uzun müddət əhəmiyyətini saxlayacağı vurğulanıb. Bildirillib ki, Oman mayeləşdirilmiş təbii qaz (LNG) istehsalına investisiya edir və bu sahədə regionun əsas ixracatçılarından biri olmağı hədəfləyir. Həmçinin ölkədə artıq dörd böyük günəş sənaye parkı fəaliyyət göstərir və hədəf 2040-cı ilə qədər enerji ehtiyaclarının 40%-ni bərpa olunan mənbələrdən təmin etməkdir. Omanın 2030-cu ilə qədər 1 milyon ton “yaşıl hidrogen” istehsalını planlaşdırdığı qeyd olunub.
Görüşdə iki ölkə arasında neft və qaz sektorunda imzalanmış sənədlər çərçivəsində əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, günəş panelləri və külək turbinlərinin istehsalı, habelə bütün enerji sektoru üzrə əməkdaşlıq imkanlarının qiymətləndirilməsi razılaşdırılıb.
15:42
721
15:16
700
12:32
910

