"Bakı Metropoliteni" Maliyyə Nazirliyindən 245 mln. manat faizsiz kredit cəlb edib İqtisadiyyat

"Bakı Metropoliteni" Maliyyə Nazirliyindən 245 mln. manat faizsiz kredit cəlb edib

"Bakı Metropoliteni" QSC bu ilin fevral ayında Maliyyə Nazirliyindən 244,8 milyon manat faizsiz kredit cəlb edib.

"APA-Econimics"in əldə etdiyi məlumata görə, kredit bu ilin sonunda qaytarılmaq şərti ilə verilib.

Məlumata görə, "Bakı Metropoliteni" həmçinin, hökumətdən 2025-ci ildə aşağı sərnişindaşıma tarifləri səbəbindən yaranmış zərərləri kompensasiya etmək üçün 42,66 milyon manat subsidiya, 2025-ci ildə əsas tikinti və təmir işlərinin maliyyələşdirilməsi, vaqonlar kimi yeni əsas vəsaitlərin alınması və infrastrukturun inkişaf etdirilməsi məqsədilə isə 73,63 milyon manat vəsait alıb.