Cevdet Yılmaz: Naxçıvan üzərindən planlaşdırdığımız enerji dəhlizini tezliklə həyata keçirməliyik İqtisadiyyat

Cevdet Yılmaz: Naxçıvan üzərindən planlaşdırdığımız enerji dəhlizini tezliklə həyata keçirməliyik

Naxçıvan üzərindən planlaşdırdığımız enerji dəhlizini tezliklə həyata keçirərək enerji müttəfiqliyimizi möhkəmləndirməliyik.

APA-nın xəbərinə görə, bunu Türkiyə vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında bildirib.

Cevdet Yılmaz deyib ki, Azərbaycan və Türkiyənin Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələri ilə atdığı təməllər bu gün TANAP ilə Avropanın enerji təhlükəsizliyinin sığortası halına gəlib: “Ancaq vizionumuz sadəcə boru kəmərləri ilə neft və qaz daşımaqla məhdudlaşa bilməz. Bizlər Xəzərin resurslarını Qərbə çatdıran bir tranzit ölkəsi deyilik, enerjinin idarə edildiyi, enerji təhlükəsizliyinin təmin edildiyi strateji mərkəzlərik. Bu aspektdə enerji sahəsində əməkdaşlığımızı bərpa olunan enerji mənbələrini də əhatə edəcək şəkildə çeşitləndirməli, Naxçıvan üzərindən planlaşdırdığımız enerji dəhlizini tezliklə həyata keçirərək enerji müttəfiqliyimizi möhkəmləndirməliyik”.