16:44
553
Orta Dəhlizin, Çin səddindən Avropaya uzanan ticarətin taleyi Türkiyə və Azərbaycanın sarsılmaz ittifaqı ilə şəkillənəcək.
Bunu Türkiyə vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında bildirib.
Cevdet Yılmaz deyib ki, Azərbaycan və Türkiyə münasibətlərində 21-ci əsrin İpək Yolu adlandırılan Orta Dəhliz bu gün heç olmadığı qədər həyati bir önəm qazanıb: "Gözlər Xəzərdən keçən Orta Dəhlizə çevrilib. Ancaq bu potensialı logistik imkana çevirmək bizim əlimizdədir. Beləliklə, modern İpək Yolunun bünövrə daşları yerinə oturacaq. Çin səddindən Avropaya uzanan ticarətin taleyi Türkiyə və Azərbaycanın sarsılmaz ittifaqı ilə şəkillənəcək”.