Əli Əsədov: Türk İnvestisiya Fondu strateji əhəmiyyət daşıyır İqtisadiyyat

Əli Əsədov: Türk İnvestisiya Fondu strateji əhəmiyyət daşıyır

Yeni yaradılmış formatda Hökumət başçılarının/Vitse-prezidentin ikinci görüşünə 2026-cı ildə Azərbaycan ev sahibliyi edəcək.

"APA-Economics" xəbər verir ki, bunu Baş nazir Əli Əsədov II Azərbaycan Türkiyə İnvestisiya Forumunda deyib.

O bildirib ki, sentyabrda Bişkekdə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin ilk iclası zamanı biz digər məsələlərlə yanaşı, həmçinin ticarət, investisiyalar, nəqliyyat, energetika və kənd təsərrüfatı kimi prioritet iqtisadi sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə etdik:

"Bununla yanaşı Türk Dövlətləri Təşkilatı çərçivəsində sənaye, elm, texnologiya və innovasiya sahələrində nazirlər səviyyəsində dialoq ardıcıl şəkildə gücləndirilir. Bu xətt üzrə 2024-cü ildə İstanbulda ilk iclas, 2025-ci ildə isə Bakıda ikinci iclas keçirilib.
Eyni zamanda, Türk İnvestisiya Fondunun yaradılması region daxilində birgə investisiya təşəbbüslərinin dəstəklənməsi və maliyyə alətlərinin genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır".