Azərbaycanın strateji valyuta ehtiyatları bu il 13 mlrd. dollara yaxın artıb İqtisadiyyat

Azərbaycanın strateji valyuta ehtiyatları bu il 13 mlrd. dollara yaxın artıb

Azərbaycanın strateji valyuta ehtiyatları cari ilin 11 ayında 12,6 milyard ABŞ dolları və yaxud 17.7% artaraq 83.6 mlrd. ABŞ dollarına çatıb.

“APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilib.

Bəyanatda qeyd edilib ki, Mərkəzi Bankın valyuta ehtiyatları bu dövrdə 4.3% artaraq 11.4 mlrd. ABŞ dollarına yüksəlib.

Xatırladaq ki, Azərbaycanı strateji valyuta ehtiyatları manat ifadəsi ilə 142 milyard manatdır ki, bu da 2025-ci ilə gözlənilən ÜDM-in həcmini (130 mlrd.manat) üstələyir.

Hazırda valyuta ehtiyatlarımız xarici borcumuzdan 17 dəfə çoxdur.