Bu il Azərbaycanda bankların xalis mənfəəti 1 milyard manatı ötüb İqtisadiyyat

Bu il Azərbaycanda bankların xalis mənfəəti 1 milyard manatı ötüb

Azərbaycanın bank sektoru bu ilin yanvar-noyabr ayları ərzində 1 milyard 58.9 milyon manat xalis mənfəət əldə edib.

“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, qeyd olunan göstərici ötən ilin eyni dövrünə nisbətən 9.6% çoxdur.