09:37
567
Dekabr ayının 26-da kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti cüzi artıb.
"APA-Economics" xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası son 24 saatda “CoinMarketCap” platformasında 1.31% bahalaşaraq 88 788 ABŞ dolları təşkil edib.
Son bir gündə "Ethereum"un qiymətində də artım müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 0.89% artaraq 2965 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 0.25%, BNB isə 0.27% ucuzlaşıb.
Qeyd edək ki, "Bitcoin"in ən yüksək qiyməti bu ilin oktyabr ayında qeydə alınıb və qiyməti 126 min dolları ötüb.
