9 ayda təbii və texnogen hadisələrdə 45 nəfər həlak olub, 182 nəfər xəsarət alıb
İranlı güləşçi niyə Azərbaycan millisini seçdi? - Özü açıqladı
Reaktiv mühərriklər üçün yanacağın idxal gömrük rüsumundan və aksizdən azad edilmə müddəti uzadılıb
FHN maye qazdoldurma məntəqəsinin istismarını dayandırıb - VİDEO
14:40
574
“Dəmir filizlərinin və konsentratlarının aqlomerasiyası (pelletləmə) və birbaşa reduksiya/bərpa texnologiyası ilə dəmir istehsalı sahəsi” üzrə təbii qaz tarifi müəyyənləşdirilib.
Tarif Şurasından verilən xəbərə görə, ölkənin təbii resurslarından səmərəli istifadə, qara metallurgiyanın emal mərhələlərini əhatə edən istehsal müəssisələrinin qurulması istiqamətində işlər aparılır.
Bununla əlaqədar, dəmir filizlərinin və konsentratlarının aqlomerasiyası (pelletləmə) və birbaşa reduksiya/bərpa texnologiyası ilə dəmir istehsalı sahəsi üzrə təbii qaz tarifi azaldılaraq, 1000 kub metr üçün ƏDV ilə birlikdə 200,6 manat səviyyəsində təsdiq edilmişdir. Qeyd edək ki, hazırda sənaye sektoru üzrə təbii qaz tarifi 1000 kub metr üçün ƏDV ilə birlikdə 240 manatdır. Bu qərar dəmir filizi istehsalı üzrə iri emal müəssisələrinin inkişafını, bu sahə üzrə dəyər zəncirinin formalaşmasını stimullaşdıracaq.
Bu sahədə Daşkəsən dəmir filizi yatağının işlənməsi ölkəmiz üçün böyük iqtisadi səmərələr vəd edən irimiqyaslı layihədir. Daşkəsən dəmir filizi layihəsi çərçivəsində dəyər zənciri üzrə filizin hasilatından başlayaraq dəmir filizi konsentratının istehsalı, şlam boru kəməri ilə nəql və son mərhələdə pellet istehsalı nəzərdə tutulur. Bu layihə idxaldan asılılığın azaldılmasına, ixrac imkanlarının genişlənməsinə və yeni iş yerlərinin yaradılmasına xidmət etməklə qeyri-neft-qaz sektorunun inkişafına töhfə verəcək.