Aİ ölkələrində yeraltı anbarlarda qazın həcmi 55%-dən aşağı enib İqtisadiyyat

Aİ ölkələrində yeraltı anbarlarda qazın həcmi 55%-dən aşağı enib

Avropa İttifaqı ölkələrində yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi 55%-dən aşağı enib.

Bu barədə “APA-Economics” Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasına (Gas Infrastructure Europe, GIE) istinadən xəbər verir.

Məlumata görə, Aİ ölkələrində yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi təqribən 54,88% təşkil edir (ötən ilin müvafiq dövründə 67% olub – red.), bu da son beş ilin orta göstəricisindən 14,91 faiz bəndi azdır.

Bildirilib ki, hazırda Aİ ölkələrinin anbarlarında qazın ümumi həcmi 60,7 mlrd. kubmetr təşkil edir.

“Qeyd edək ki, ümumilikdə istilik mövsümündə, ötən oktyabrın 13-dən bəri Avropa ölkələri anbarlardan təxminən 35 mlrd. kubmetr qaz çıxarıb

Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.