Ukraynada özəl məktəblərdə rus dilində tədris qadağan edilə bilər
Müvəqqəti icra məmurlarının xidmət haqqının ödənilməsi qaydası təsdiqlənib
Türkmənistan–Azərbaycan əlaqələrinin aktual istiqamətləri müzakirə olunub
Dövlət Proqramı ilə xaricdə təhsil üzrə universitet və proqramların siyahısı təsdiqlənib
14:38
833
Ötən il dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə 352,4 milyon manat vəsait geri qaytarılıb.
Bu barədə Maliyyə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, geri qaytarılan vəsaitlər fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə, mədəniyyət və tibbi xidmətlərə, işğaldan azad edilmiş ərazilərdəki mehmanxana xidmətlərinə, habelə əcnəbilər tərəfindən ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına ödənilmiş ƏDV-nin qaytarılmasına aiddir.
Bununla yanaşı, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsi, həmçinin artıq ödənilmiş digər vergilər, dövlət rüsumları və ödənişlər də geri qaytarılıb.