14 Fevral 16:00
13 Fevral 17:58
13 Fevral 16:57
14 Yanvar 10:42
1 722
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2027-ci il üçün maye karbohidrogenlərin qlobal gündəlik tələbatı üzrə proqnozunu açıqlayıb.
"APA-Economics"in EIA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2027-ci ildə maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 106,09 mln. barel səviyyəsində olacaq ki, bu da 2026-cı ilin proqnoz göstəricisindən 1,27 mln. barel çoxdur.
Bununla yanaşı, EIA 2026-cı il üçün maye karbohidrogenlərin gündəlik qlobal tələbatı üzrə proqnozunu yeniləyib. Proqnoza əsasən, bu il maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 104,82 mln. barel səviyyəsində olacaq, bu da öncə verilən proqnozdan 0,35 mln. barel azdır.
Qeyd olunur ki, 2025-ci ildə maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 103,69 mln. barel təşkil edib, bu da 2024-cü ilin göstəricisi (102,8 mln. barel) ilə müqayisədə 0,86 mln. barel artım deməkdir.
Xatırladaq ki, 2023-cü ildə maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 102,14 mln. barel olub.
14 Fevral 11:56
1 281
14 Fevral 09:40
1 407
14 Fevral 09:39
1 393