10:52
595
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2027-ci il üçün neft və digər maye karbohidrogenlərin gündəlik qlobal hasilatı üzrə proqnozunu açıqlayıb.
"APA-Economics"in EIA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2027-ci ildə maye karbohidrogenlərin qlobal gündəlik istehsalı ortalama 108,18 mln. barel səviyyəsində olacaq ki, bu da 2026-cı ilin proqnoz göstəricisindən 0,53 mln. barel çoxdur.
Bununla yanaşı, EIA 2026-cı il üçün maye karbohidrogenlərin gündəlik qlobal hasilatı üzrə proqnozunu yeniləyib. Proqnoza əsasən, bu il maye karbohidrogenlərin qlobal gündəlik istehsalı ortalama 107,65 mln. barel səviyyəsində olacaq ki, bu da öncə verilən proqnozdan 0,22 mln. barel çoxdur.
Qeyd olunur ki, 2025-ci ildə maye karbohidrogenlərin qlobal gündəlik hasilatı ortalama 106,28 mln. barel təşkil edib, bu da 2024-cü ilin göstəricisi (103,17 mln. barel) ilə müqayisədə 3,11 mln. barel artım deməkdir.
Xatırladaq ki, 2023-cü ildə maye karbohidrogenlərin qlobal gündəlik istehsalı ortalama 102,02 mln. barel olub.