Paşinyan Ermənistanın Aİ və Aİİ arasında seçimindən danışıb: xalqın iradəsinə buraxacağıq
Rusiya qoşunları Ukraynanın Sumı vilayətində yeni yaşayış məntəqəsi ələ keçirib
Türkiyə həm İran, həm də ABŞ rəsmiləri ilə danışıqlar aparır
Əraqçi və Trampın xüsusi nümayəndəsi arasında birbaşa təmaslar dayandırılıb
Samir Bağırov: Qorxurdum deyə, səhnəyə qaçırdım, o güclər məni öz tərəfinə çəkirdilər - MÜSAHİBƏ
12:37
630
Ötən il Azərbaycanda elektrik enerjisinin istehsalı 262,3 mln. kVt/saat, yəni 0,9 % artaraq 28 657,5 mln. kVt/saat olub.
Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, bu dövrdə İstilik Elektrik Stansiyalarda 24 823,4 mln. kVt/saat, Su Elektrik Stansiyalarda 2 842,5 mln. kVt/saat, digər mənbələr üzrə isə 991,6 mln. kVt/saat, o cümlədən külək elektrik stansiyalarında 169,7 mln. kVt/saat, günəş elektrik stansiyalarında 599,8 mln. kVt/saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 222,1 mln. kVt/saat elektrik enerjisi istehsal edilib.
2024-cü illə müqayisədə külək və günəş elektrik stansiyalarında 162,3 mln. kVt·st artımla 769,5 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
2025-ci ildə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 25 591,8 mln. kVt/saat (İES-lərdə 22 703,6 mln. kVt/saat, SES-lərdə 2 827,1 mln. kVt/saat, GES-lərdə 61,1 mln. kVt/saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 27 mln. kVt/saat, müstəqil elektrik stansiyaları üzrə isə 3 038,7 mln. kVt/saat təşkil edib.
Hesabat dövründə elektrik enerjisinin ixracı 1 147,3 mln. kVt/saat, idxalı isə 177,2 mln. kVt/saat olub.