12:21
679
Maliyyə Nazirliyinin şöbə müdiri Beynəlxalq Valyuta Fonduna (IMF) transfer olunub.
“APA-Economics”in əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyinin Makroiqtisadi Təhlil və Fiskal Risklərin İdarə Edilməsi Şöbəsinin müdiri Elmir Eyvaz-zadə IMF-də xüsusi təyinatla cəlb olunmuş iqtisadçı (Special Appointee Economist) kimi fəaliyyətə başlayıb.
Qeyd edək ki, Elmir Eyvaz-zadə 2018-ci ildən Nazirlikdə müxtəlif vəzifələrdə çalışıb.
Məlumata görə, o, IMF-in Yaxın Şərq və Mərkəzi Asiya Departamentində (MCD) analitik və tədqiqat fəaliyyəti ilə məşğul olacaq.