Azərbaycanın stolüstü tennisçisi beynəlxalq yarışı 2 medalla başa vurub
İngiltərəli futbolçu əsrin üçüncü onilliyinin ən məhsuldar müdafiəçisi olub
Memar: Əcəmi irsinin təbliği ilə bağlı tədbirlər davam etdiriləcək
Bir SEPAH üzvü “Əliyevin ordusu”nun Güney Azərbaycana müdaxilə ehtimalından danışdı
Ali Məhkəmə: Canlı efirdə şəxsi məlumat yayanlarla yanaşı media subyekti də məsuliyyət daşıyacaq
09:45
658
Kriptovalyuta bazarında son 24 saat ərzində müsbət dinamika qeydə alınıb.
"APA-Economics" CoinMarketCap-ə istinadən xəbərə verir ki, Bitcoin 2,12% bahalaşaraq 70 778 dollar səviyyəsinə yüksəlib. Ethereum isə 0,05% ucuzlaşaraq 2 083 dollar olub.
TOP-10 siyahısında yer alan digər əsas kriptovalyutalar üzrə dinamika da qarışıq olub. Tether (USDT) dəyişməyərək 0,9992 dollar, XRP 1,31% artımla 1,44 dollar, BNB 0,45% azalma ilə 640,96 dollar səviyyəsində qərarlaşıb.
USDC 0,01% ucuzlaşaraq 0,9998 dollar, Solana 0,42% enərək 86,97 dollar olub. TRON 0,80% artaraq 0,2789 dollar, Dogecoin isə 1,34% azalaraq 0,096 dollar səviyyəsinə düşüb. İlk onluqda yer alan Bitcoin Cash isə 1,35% artaraq 528 dollar təşkil edib.
Kriptovalyuta bazarının ümumi kapitallaşması 24 saatda 1,4% artaraq 2,4 trilyon dollara yüksəlib. CMC20 indeksi isə 1,57% artaraq 145,25 bənd təşkil edib.
Bununla belə, bazarda risk iştahı hələ də zəif olaraq qalır. “Fear & Greed Index” göstəricisi 9 səviyyəsindədir ki, bu da investorlar arasında “ekstremal qorxu” mühitinin davam etdiyini göstərir.
Analitiklər bazardakı qısamüddətli artımı son günlərdə qiymətlərin kəskin enməsindən sonra texniki bərpa dalğası və investorların ucuz qiymətlərdən alış mövqeyi tutması ilə izah edirlər.