16:46
623
1 Yanvar 2026-ci il tarixinə bankların biznes subyektlərinə verdiyi kreditlərin təminatlılıq səviyyəsi məlum olub.
Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, biznes kreditlərinin 43,2 faizi təminatlı, 31,9 faizi qismən təminatlı, 24,9 faizi isə təminatsız olub.
Məlumata görə, iri sahibkarlıq subyektləri üzrə kredit portfelində təminatlı kreditlərin payı 50,5 faiz, qismən təminatlı kreditlərin payı 33,2 faiz, təminatsız kreditlərin payı isə 16,2 faiz təşkil edib.
Orta sahibkarlıq üzrə kreditlərdə təminatlı kreditlərin payı 48,3 faiz, qismən təminatlı kreditlərin payı 40 faiz, təminatsız kreditlərin payı isə 11,7 faiz olub.
Kiçik sahibkarlıq subyektləri üzrə kredit portfelində təminatlı kreditlərin payı 46,9 faiz, qismən təminatlı kreditlərin payı 30,3 faiz, təminatsız kreditlərin payı isə 22,8 faiz səviyyəsində qeydə alınıb.
Mikro sahibkarlıq üzrə kreditlərdə isə fərqli mənzərə müşahidə olunur. Bu seqmentdə kreditlərin 54,8 faizi təminatsız, 27,7 faizi təminatlı, 17,5 faizi isə qismən təminatlı olub.
Xatırladaq ki, 1 yanvar 2026-cı il tarixinə bankların biznes subyektləri üzrə kredit portfelinin ümumi həcmi 16 milyard 106,3 milyon manat təşkil edib. Hesabat tarixinə iri sahibkarlıq üzrə kredit portfeli 8 milyard 550,2 milyon manat, orta sahibkarlıq üzrə 2 milyard 289,0 milyon manat, kiçik sahibkarlıq üzrə 1 milyard 706,9 milyon manat, mikro sahibkarlıq üzrə isə 3 milyard 560,1 milyon manat səviyyəsində olub.