SEPAH ABŞ pilotunu əsir götürüb
3 Aprel 17:30
3 Aprel 17:30
3 Aprel 17:02
İsrail Parlamentinin fələstinlilərə ölüm hökmü tətbiq etmək qərarı pislənilib
ABŞ-a məxsus F-15 qırıcısının vurulması ilə bağlı Trampa məlumat verilib
Azərbaycan və Uqanda arasında siyasi məsləhətləşmələr keçirilib
İsrail ordusu Livanda Hizbullah hədəflərinə zərbələr endirib
İran XİN Şirazda vurulan dronlara görə region ölkələrini günahlandırıb
11 Fevral 10:48
1 918
Azərbaycan və Türkiyə arasında elektron imzaların qarşılıqlı tanınması və rəqəmsal sənəd dövriyyəsinin inteqrasiyası texniki baxımdan tamamlanıb.
"APA-Economics" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov "Azərbaycan – Türkiyə biznes forumu: Rəqəmsal transformasiya və texnologiya körpüsü” forumunda deyib.
S.Məmmədov bildirib ki, iki ölkə arasında elektron imzaların qarşılıqlı tanınması üzrə bütün texniki proseslər və test mərhələləri yekunlaşıb:
“Hazırda prosesin tam hüquqi qüvvəyə minməsi üçün müvafiq normativ-hüquqi bazanın birgə işlənməsi istiqamətində işlər aparılır. Ümid edirik ki, yaxın zamanda bu mərhələ də başa çatacaq.
Azərbaycan rəqəmsal transformasiyanı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edib və bu istiqamətdə genişmiqyaslı islahatlar həyata keçirilir. “Onlayn Azərbaycan” layihəsi çərçivəsində artıq ölkənin bütün kəndlərində genişzolaqlı internetə çıxış təmin olunub”.
S. Məmmədov qeyd edib ki, ötən il Azərbaycan iqtisadiyyatının rəqəmsal inkişaf konsepsiyası təsdiqlənib və sənəd vətəndaşlar, biznes və dövlət üçün vahid rəqəmsal yanaşmanı formalaşdırır:
"Konsepsiya çərçivəsində dövlət xidmətlərinin rəqəmsallaşdırılması, biznes üçün inzibati yükün azaldılması və xidmətlərin əlçatanlığının artırılması əsas hədəflər sırasındadır.
Eyni zamanda Azərbaycanın kağızsız hökumətə keçidi artıq tamamlanıb. Bu, hər il təxminən 5 700 ağacın kəsilməsinin qarşısını almağa imkan verir”.
3 Aprel 17:40
1 148
3 Aprel 16:45
1 085
3 Aprel 14:47
1 155