10:21
623
Qlobal fond bazarlarında əsas indekslər üzrə eniş müşahidə edilib.
“APA-Economics” xəbər verir ki, fevralın 12-də ABŞ fond bazarlarında əsas indekslər mənfi dinamika nümayiş etdirib. Dow Jones indeksi 1,34% azalaraq 49 451,98 bəndə enib, S&P 500 indeksi 1,57% geriləyərək 6 832,76 bənd təşkil edib, Nasdaq Composite isə 2,03% azalaraq 22 597,15 bəndə düşüb.
Avropada bazarlar əsasən sabitlik fonunda qarışıq dinamika ilə seçilib. Euro Stoxx 50 indeksi 0,40% azalaraq 6 011,29 bənd olub, FTSE 100 indeksi 0,67% geriləyərək 10 402,44 bəndə enib, Almaniyanın DAX indeksi isə 0,01% azalaraq 24 852,69 bənd təşkil edib.
Bununla belə, Fransanın CAC 40 indeksi isə 0,33% artaraq 8 340,56 bəndə yüksəlib.
Asiya-Sakit okean regionunda da indekslər əsasən mənfi zonada bağlanıb. Nikkei 225 indeksi 0,86% azalaraq 57 141,48 bənd olub, Hang Seng indeksi 2,03% geriləyərək 26 483,73 bəndə düşüb, Avstraliyanın S&P/ASX 200 indeksi isə 1,39% azalaraq 8 917,60 bənd təşkil edib.
Analitiklər bazarlardakı enişi investorların riskdən yayınması, ABŞ-da faiz siyasəti ilə bağlı gözləntilərin sərtləşməsi və texnologiya sektorunda satışların artması ilə izah edirlər.