ƏHD Partiyası Ali Məclisinin iclası keçirilib
14 Mart 13:39
14 Mart 13:39
13 Mart 21:31
13 Mart 21:24
13 Fevral 14:57
2 478
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 16%-dən 15,5%-ə endirib.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının yaydığı press-relizdə bildirib.
Qeyd olunub ki, ölkədə iqtisadiyyat balanslaşdırılmış artım trayektoriyasına qayıtmağa davam edir.
“Yanvar ayında qiymət artımı birdəfəlik amillər səbəbindən əhəmiyyətli dərəcədə sürətlənib. Lakin Rusiya Bankı cari qiymət artımının davamlı göstəricilərinin əhəmiyyətli dərəcədə dəyişmədiyini təxmin edir", - deyə tənzimləyici mətbuat açıqlamasında qeyd olunub.
Qeyd edək ki, bu, ardıcıl altıncı uçot dərəcəsi endirimidir. Uçot dərəcəsi sonuncu dəfə 2025-ci ilin dekabr ayında eyni miqdarda (16,5%-dən 16%-ə) endirilmişdi.
Bundan əvvəl Mərkəzi Bank uçot dərəcəsini 2025-ci ilin iyun ayında 21%-dən 20%-ə, iyulda 18%-ə, sentyabrda 17%-ə və oktyabrda 16,5%-ə endirib.
14 Mart 10:30
1 589
13 Mart 18:53
1 960
13 Mart 16:19
2 114