Nyu-York birjasında təbii qaz 7%-dən çox ucuzlaşıb İqtisadiyyat

Nyu-York birjasında təbii qaz 7%-dən çox ucuzlaşıb

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.

"APA-Economics" xəbər verir ki, 2026-cı ilin mart ayında çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 7,18% azalaraq 3,01 ABŞ dolları təşkil edib.