Azərbaycan bu il 11 ölkəyə 2 mln. tona yaxın neft ixrac edib - SİYAHI İqtisadiyyat

Azərbaycan bu il 11 ölkəyə 2 mln. tona yaxın neft ixrac edib - SİYAHI

Bu ilin yanvar ayında Azərbaycan İtaliyaya 861 652,23 min ABŞ dolları dəyərində 1 847 915,54 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında (ixrac edilən neftin həcminə və dəyərinə görə - red.) ikinci yerdə Rumıniya qərarlaşıb. Hesabat dövründə, bu ölkəyə 93 673,99 min dollar dəyərində 197 053,85 ton neft ixrac edilib.

Azərbaycanın neft ixracı üzrə siyahıda (həcm və dəyərinə görə) üçüncü yerə Portuqaliya tutur. Yanvar ayında bu ölkəyə 44 337 min dollar 93 590,26 ton neft ixrac edilib.

Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 11 ölkəyə 1 238 082,05 min dollarlıq 2 642 930,94 445,56 ton neft ixrac edib.

Azərbaycanın bu ilin yanvar ayında neft ixrac etdiyi ölkələrə dair tərtib etdiyi reytinqi (ixrac edilən neftin dəyərinə və həcminə görə) təqdim edirik:

Ölkələr

Məbləğ, min $

Miqdar (ton)

-

Cəmi

1 238 082.05

2 642 930.94

1

İtaliya

861 652.23

1 847 915.54

2

Rumıniya

93 673.99

197 053.85

3

Portuqaliya

44 337.00

93 590.26

4

Almaniya

43 249.21

91 294.06

5

Xorvatiya

40 819.95

86 166.17

6

Çexiya

38 454.49

82 403.50

7

Bolqarıstan

37 415.05

78 494.85

8

Tunis

29 498.76

61 269.98

9

Türkiyə

19 543.44

41 761.71

10

İndoneziya

17 866.20

38 554.41

11

Yunanıstan

11 571.75

24 426.62