11:05
637
Azərbaycanla Ermənistan arasında əldə olunan son diplomatik irəliləyiş regional sabitliyi gücləndirib və iqtisadi əməkdaşlıq üçün yeni imkanlar açıb.
“APA-Economics” xəbər verir ki, bu barədə dünyanın aparıcı sığorta və aktiv idarəetmə şirkəti "Allianz Group"dan bildirilib.
Bununla belə, qeyd edilib ki, beynəlxalq vasitəçilik səyləri davam etsə də, hərtərəfli sülh sazişi hələ də əldə olunmayıb.
"Allianz Group" bildirir ki, rəsmi müttəfiqlik münasibətləri və sovet keçmişinin ortaq olmasına baxmayaraq, Azərbaycan Rusiya ilə əlaqələrini Qərblə münasibətləri inkişaf etdirməklə balanslaşdırır.
Vurğulanıb ki, rəsmi Vaşinqtonun Bakı ilə İrəvan arasında daha geniş sülh razılaşmasına töhfə verə biləcək təşəbbüslərə vasitəçilik etməsi fonunda Azərbaycanla ABŞ arasında münasibətlər nəzərəçarpacaq dərəcədə yaxşılaşıb. Bununla yanaşı, Azərbaycan Avropa İttifaqı ilə enerji əməkdaşlığını, Türkiyə ilə regional bağlantı layihələrini və digər regional tərəfdaşlarla əlaqələrini dərinləşdirir. Lakin bütövlükdə Cənubi Qafqaz geosiyasi şoklara açıq olaraq qalır.
"Allianz" Azərbaycanda daxili idarəetmə islahatlarının davam etdiyini, eyni zamanda icra prosesində bəzi çağırışların mövcud olduğunu əlavə edib.