Gürcüstanın elektrik enerjisi idxalında Azərbaycanın payı kəskin azalıb
Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin sabiq sədri külli miqdarda mənimsəmədə ittiham olunur
"Terrorun bitməsi Türkiyədə islahatların sürətləndirilməsinə gətirib çıxara bilər”
“Sağlamlaşdırma və müflisləşmə haqqında” qanun layihəsi müzakirə olunub
15:20
630
2025-ci ildə Azərbaycanda 3192.81 kq nərə balığının kürüsü (qara kürü) istehsal edilib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu göstəricinin həcmi 2024-cü illə müqayisədə 2.4 dəfə və ya 1848 kq çoxdur. Belə ki, 2024-cü ildə Azərbaycanda 1344.30 kq nərə balığının kürüsü istehsal edilib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycandan 1 milyon 18.2 min ABŞ dolları dəyərində 1 ton nərə balığının kürüsü ixrac edilib.
Xatırladaq ki, ötən il Azərbaycana Çindən 2 milyon 530 min ABŞ dolları dəyərində 8.4 ton qara kürü idxal edilib. Bu məhsulun 1 kq-nın orta idxal qiyməti isə 513 manat təşkil edib.