“Rusiya danışıqlarda qeyri-müəyyənlik seçir”
19 Fevral 21:54
19 Fevral 21:54
19 Fevral 21:34
19 Fevral 21:26
19 Fevral 21:09
09:43
791
"Azərbaycanda dövlət müəssisələrinin rentabelliyi artırılmalı, subsidiyalar azaldılmalıdır".
“APA-Economics” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycan üzrə missiyasının hesabatında bildirilib.
Qeyd olunub ki, orta müddətli fiskal konsolidasiya məqsədəuyğundur və bu yanaşma həm nəsillərarası ədalətin təmin edilməsinə, həm də ölkənin xarici dayanıqlılığının möhkəmləndirilməsinə xidmət edəcək.
Missiya hesab edir ki, konkret gəlir və xərclər üzrə tədbirlərin müəyyənləşdirilməsinə əsaslanan aydın və hərtərəfli strategiya fiskal konsolidasiyanın etibarlılığını artıracaq.
Sənəddə vurğulanıb ki, dövlətə məxsus müəssisələrin rentabelliyinin artırılması və onlara ayrılan subsidiyaların azaldılması istiqamətində islahatlar davam etdirilməlidir. Eyni zamanda, vergi güzəştlərinin optimallaşdırılması, vergi inzibatçılığının və vergi intizamının gücləndirilməsi də prioritet istiqamətlər kimi göstərilib.
IMF-in qiymətləndirməsinə görə, bu tədbirlər dövlət maliyyəsinin dayanıqlılığının möhkəmlənməsinə və makroiqtisadi sabitliyin qorunmasına töhfə verəcək.