Ötən ay Azərbaycana yatırılan xarici investisiyaların həcmi açıqlanıb İqtisadiyyat

Ötən ay Azərbaycana yatırılan xarici investisiyaların həcmi açıqlanıb

2026-cı ilin yanvar ayında xarici maliyyə mənbələrindən əsas kapitala 402 milyon manat investisiya edilib.

Dövlət Statistika Komitəsi xəbər verir ki, xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiya ümumi investisiyaların 28.6%-ni təşkil edib.

Qeyd edək ki, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş investisiyanın 395 milyon manatı (98,3 faizi) Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Türkiyə, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Yaponiya, İsveçrə, İran İslam Respublikası, Macarıstan, Fransa və Birləşmiş Ərəb Əmirlikləri sərmayədarlarına məxsus olub.