17:56
595
2026-cı ilin yanvar ayında Azərbaycanda 1 milyard 194 milyon ədəd siqaret istehsal olunub.
Dövlət Statistika Komitəsi xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 38,1% çoxdur.
Fevralın 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 1 milyard 264 milyon təşkil edib.
Bundan əlavə, dövr ərzində 49,9 ton tütün istehsal edilib ki, bu da 2025-ci ilin yanvar ayı ilə müqayisədə 66,8 faiz azdır.
Qeyd edək ki, ötən il ölkəyə, ümumilikdə, 5 milyon 642 min ABŞ dollar dəyərində 225 milyon ədəd siqaret idxal edilib.
Xatırladaq ki, 2025-ci ildə Azərbaycandan 11 ölkəyə 46 milyon 635 min ABŞ dolları dəyərində 2 milyard 959 milyon ədəd siqaret isə ixrac olunub.
| Ölkələr | Siqaret ixracı, mln. ədəd |
| Gürcüstan | 2439,56 |
| Rusiya | 252,37 |
| Oman | 73,19 |
| Çinin xüsusi inzibati rayonu Honkonq | 53,46 |
| Tacikistan | 33,19 |
| Birləşmiş Ərəb Əmirlikləri | 31,84 |
| Suriya Ərəb Respublikası | 28,72 |
| Özbəkistan | 28,01 |
| Qırğızıstan | 13,6 |
| Mavritaniya | 5 |
| Hindistan | 0,5 |
14:11
1 001
14:09
833
14:08
1 036