Azərbaycanda tədris sistemində süni intellektlə bağlı proqram və ixtisaslar yer alacaq
“2025-ci ildə Ombudsmanın ünvanına 42.685 müraciət daxil olub”
Azərbaycan XİN: İrandan vətəndaşlarını təxliyə etmək üçün 25-dən artıq ölkə müraciət edib
Slovakiyanın İrandakı səfirliyinin heyəti Azərbaycan sərhədi ilə təxliyə olunub - FOTO
10:00
686
Mərkəzi və Şərqi Avropa ölkələri Azərbaycan qazının regionda nəql imkanlarının genişləndirilməsi istiqamətində əməkdaşlığı gücləndirir.
"APA-Economics" xəbər verir ki, bu barədə S&P Global Energy-dən bildirilib. Qeyd olunur ki, region ölkələri “Şaquli Qaz Dəhlizi” təşəbbüsü çərçivəsində nəqliyyat gücünü artırmağa çalışır. Məqsəd Yunanıstan və Türkiyədəki terminallar vasitəsilə yenidən qazlaşdırılmış mayeləşdirilmiş təbii qazın (LNG) və Azərbaycandan tədarük olunan boru qazının daha böyük həcmlərlə Mərkəzi və Şərqi Avropaya, o cümlədən Ukraynayadək çatdırılmasıdır.
Bildirilib ki, Yunanıstanın infrastruktur şirkəti AKTOR Group-un əsas səhmdarı olduğu Atlantic SEE LNG Trade Cənub-Şərqi Avropa ölkələrinə ABŞ LNG tədarükü ilə bağlı dörd memorandum imzalayıb. Razılaşmalar Bolqarıstanın Bulgargaz (ildə 1,5 milyard kubmetr), Ukraynanın Naftogaz (1 milyard kubmetr), Albaniyanın İnfrastruktur və Enerji Nazirliyi (ildə 1 milyard kubmetrədək) və Bosniya və Herseqovinanın Aluminij Industries və MT Abraham Group (0,5 milyard kubmetr) ilə bağlanıb. Müqavilələrin müddəti 20 ilədək nəzərdə tutulur.
Atlantic SEE ötən il AKTOR Group (60%) və Yunanıstanın qaz və LNG idxalçısı DEPA (40%) tərəfindən yaradılıb. Şirkət noyabr ayında ABŞ-ın Venture Global ixracatçısı ilə 20 illik LNG offtake müqaviləsi imzaladığını açıqlayıb. Sazişə əsasən, 2030-cu ildən etibarən hər il ən azı 500 min ton LNG tədarük ediləcək və həcmlərin artırılması imkanı var.
S&P Global Energy-nin məlumatına görə, 2025-ci ildə Avropa İttifaqına idxal olunan təxminən 106 milyon ton LNG-nin 2,3 milyon tonu Yunanıstan vasitəsilə daxil olub. Bu həcmin təxminən 2 milyon tonu ABŞ mənşəli olub.