Kəmaləddin Heydərov BMMT İcraiyyə Şurasının sessiyasında iştirak edib - VİDEO
İsrail XİN bütün ölkələri İranla əlaqələrini kəsməyə çağırıb
Tramp İranla müharibə üçün Konqresdən icazə istəməyəcəyini bildirib
“Enerji marşrutlarının risk altına düşməsi rəqabəti kəskinləşdirir”
İrandan Azərbaycan sərhədi ilə indiyədək 725 nəfər təxliyə edilib - FOTO - YENİLƏNİB - FOTO
16:09
742
Avropa İttifaqı Xəzər dənizi ilə Avropanı birləşdirəcək yaşıl enerji dəhlizi üzrə əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır.
Bunu Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğunun Enerji Platforması və Beynəlxalq Münasibətlər üzrə Hədəf Qrupunun direktoru Kristina Lobillo Borrero Yaşıl Enerji Məşvərət Şurasının iclasında bildirib.
Onun sözlərinə görə, “Avropanı Yenidən Birləşdirən Mexanizm” (Connecting Europe Facility) çərçivəsində ayrılan xüsusi Aİ maliyyəsi regionlararası enerji əlaqəliliyinin gücləndirilməsinə xidmət edir və bu layihə Avropa ilə Cənubi Qafqaz arasında inteqrasiyanın mühüm addımıdır.
Kristina Lobillo Borrero vurğulayıb ki, Aİ-nin dekarbonizasiya, elektrikləşmə və enerji əlaqəliliyi hədəflərinə çatması yalnız dövlət siyasəti ilə deyil, güclü və davamlı özəl investisiyalarla mümkündür. Bunun üçün şəffaf, bazar əsaslı tənzimləmə mühiti və rəqabətli satınalma mexanizmləri vacibdir.
O qeyd edib ki, Avropa şirkətləri beynəlxalq tərəfdaşlarla birgə layihələrə investisiya qoymağa hazırdır və resursların, texnologiyaların və uzunmüddətli strategiyanın birləşdirilməsi yaşıl enerji layihələrinin sürətləndirilməsinə imkan verəcək.