Kəmaləddin Heydərov BMMT İcraiyyə Şurasının sessiyasında iştirak edib - VİDEO
İsrail XİN bütün ölkələri İranla əlaqələrini kəsməyə çağırıb
Tramp İranla müharibə üçün Konqresdən icazə istəməyəcəyini bildirib
“Enerji marşrutlarının risk altına düşməsi rəqabəti kəskinləşdirir”
İrandan Azərbaycan sərhədi ilə indiyədək 725 nəfər təxliyə edilib - FOTO - YENİLƏNİB - FOTO
16:29
728
Azərbaycanda istismara verilmiş yeni günəş və külək elektrik stansiyaları birlikdə ildə təxminən 1 mlrd. kVt-saatı elektrik enerjisi istehsal edəcək.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Javid Abdullayev Bakıda keçirilən Yaşıl Enerji Məşvərət Şurasının iclasında bildirib.
Onun sözlərinə görə, bu layihələr nəticəsində ildə 330 milyon kubmetrdən çox təbii qaza qənaət ediləcək və karbon emissiyaları təxminən 600 min ton azalacaq.
Cavid Abdullayev qeyd edib ki, hazırda icrası davam edən növbəti mərhələ üzrə layihələr bərpa olunan enerjinin ümumi istehsalda payını 23,7%-ə çatdıracaq. Bu isə təxminən 5 milyard kilovat-saat əlavə yaşıl enerji istehsalı, 1,3 milyard kubmetr qaz qənaəti və 2,4 milyon ton emissiya azalması deməkdir.
O bildirib ki, yeni elektrik layihələri üzrə torpaq ayrılması və müqavilə məsələləri əsasən həll olunub, şəbəkənin gücləndirilməsi tədbirləri, o cümlədən 250 MVt gücündə enerji saxlanc sistemi üzrə işlər aparılır.
Agentlik rəhbəri əlavə edib ki, 2030-cu ilə qədər bərpa olunan enerji layihələrinin ümumi gücünün 6–8 GVt-a çatdırılması planlaşdırılır. Bu isə daxili tələbatdan artıq həcmlərin interkonnektorlar vasitəsilə ixracına imkan yaradacaq.
Cavid Abdullayev vurğulayıb ki, yaşıl enerji layihələri investor etimadını gücləndirir və ölkənin enerji təhlükəsizliyi ilə yanaşı, dekarbonizasiya hədəflərinə də töhfə verir.