Nyu-York birjasında təbii qazın qiyməti yenidən artıb İqtisadiyyat

Nyu-York birjasında təbii qazın qiyməti yenidən artıb

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

"APA-Economics" xəbər verir ki, 2026-cı ilin aprel ayında çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 1,95% artaraq 3,287 ABŞ dolları təşkil edib.