“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
Türkiyədə təqaüdçü polis kafeyə silahlı hücum edib, 2 nəfər ölüb, 2 yaralı var
23 Avqust 2021 08:39
4 928
Avropa İttifaqı ilə Azərbaycan arasındakı ticarət müqaviləsi iqtisadi əlaqələrin genişləndirilməsində, ölkənin iqtisadiyyatının şaxələndirilməsi və qeyri-enerji sektoruna daha çox xarici investisiyaların cəlb edilməsində səylərinin artırılmasında əhəmiyyətli rol oynaya bilər.
Bu barədə Avropa Komissiyasından bildiriblər.
Qeyd edilib ki, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaq üçün davamlı səyləri də bu məqsədlərə çatmağa kömək edəcək.
"Koronavirus pandemiyası Aİ ilə Azərbaycan arasındakı ticarətə mənfi təsir göstərdi. 2020-ci ildə ikitərəfli ticarət təxminən 36 faiz azalıb. Buna baxmayaraq, ticarətin strukturunda xüsusi dəyişikliklər baş vermədi və Azərbaycan daha çox Aİ-yə neft və qaz ixrac edir. Hesab edirik ki, ticarətin bərpasına diqqət yetirmək lazımdır ki, bu da açıq və şəffaf ticarət siyasətini davam etdirməklə asanlaşdırılacaq. Aİ ilə Azərbaycan arasında yeni müqavilə bağlamaq üçün davam edən danışıqların əsasını təşkil edən də vacib bir elementdir. Yeni müqavilə ilə bağlı danışıqlar 2017-ci ildə başlayıb. Yeni sənəd imzalandıqdan sonra mövcud 1999-cu il Tərəfdaşlıq və Əməkdaşlıq Sazişini əvəz edəcək. Pandemiyadan sonra Aİ ilə Azərbaycan arasında ticarət əlaqələrinin qısa və ya orta müddətli perespektivlərdə imzalayacağımıza ümid etdiyimiz yeni bir müqavilə ilə gücləndiriləcəyinə inanırıq. Yeni sazişdə hansı sahə və xidmətlərin əhatə ediləcəyini söyləmək indi çətin olsa da, sənəd bu istiqamətin genişləndirilməsi üçün düzgün zəmin yaradılmasını təmin edəcək ", - təşkilatdan bildirilib.
Avropa Komissiyasından vurğulanıb kii, yeni sazişin, əsasən, ticarət, ticarətdəki texniki maneələr, xidmətlər, kapital axını, rəqabət, energetika, xammal, dövlət müəssisələri, dövlət satınalmaları, intellektual mülkiyyət hüquqları, sanitar və fitosanitar tədbirlər, gömrük əməkdaşlığı və davamlı inkişaf kimi sahələrdə beynəlxalq səviyyədə tanınan ÜTT qaydalarına əsaslanan qaydaları ehtiva etməsi gözlənilir.
1 Noyabr 14:45
1 645
1 Noyabr 13:43
1 701
1 Noyabr 13:27
1 659