Azərbaycanın icmal büdcəsində 3,5 mlrd. manatlıq profisit yaranıb İqtisadiyyat

Azərbaycanın icmal büdcəsində 3,5 mlrd. manatlıq profisit yaranıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın icmal büdcəsinin gəlirləri 23 021,4 mln. manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 531,5 mln. manat və ya 31,6% çoxdur.

"APA-Economics"in Maliyyə Nazirliyinə istinadən verdiyi məlumatına görə, icmal büdcənin xərcləri 19 458,3 mln. manat məbləğində icra olunub. 2021-ci il üzrə icmal büdcə 7 335,3 mln. manat məbləğində kəsirlə proqnozlaşdırılsa da, cari ilin doqquz ayında faktiki olaraq 3 563,1 mln. manat profisit yaranıb.