“Bu dövlətimizin xarici siyasətinin əsas məsələsi olmalıdır”-Musa Qasımlı Siyasət

“Bu dövlətimizin xarici siyasətinin əsas məsələsi olmalıdır”-Musa Qasımlı

“Vətənimizin cənubunda baş verənlər bizim üçün həmişə olduğu kimi indi də çox həssas məsələdir”. Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri millət vəkili Musa Qasımlı deyib. Onun sözlərinə görə, Seyid Cəfər Pişəvəri hərəkatı zamanı BMT - də keçirilən müzakirələrdən bəhs edən “Beynəlxalq münasibətlərdə Azərbaycan məsələsi” adlı kitabımı “Azərnəşr” 30 il əvvəl- 1993-cü ildə nəşr etdi: “1946-cı ildə BMT-də bu məsələnin başqa adla müzakirəsi zamanı Azərbaycandan olan iki şəxs - SSRİ-nin BMT-dəki daimi nümayəndəsi, Bakıda doğulmuş, Bayıl həbsxanasında Stalinlə bir kamerada yatmış Vışinski, İranın BMT-dəki nümayəndəsi, əslən Ordubaddan olan, bir zamanlar Məhəmməd Əmin Rəsulzadə ilə “ İrani nou” qəzetini dərc etmiş Seyid Həsən Tağızadə kəllə-kəlləyə gəlmişdlər. Yazmışdım ki, bu məsələ müstəqil dövlətimizin xarici siyasətinin əsas məsələsi olmalıdır. O zaman da, indi də bu fikirdəyəm ki, Vətənimizin cənubu müstəqil olmalı və bölünmüş xalqımız birləşməlidir. Kitabımın bəzi səhifələrinin surətini paylaşıram.
Bu gün ərazi baxımından regionun ən böyük ölkəsi olan qurama İran İslam Respublikası yürütdüyü daxili siyasətində-ölkə əhalisinin təxminən 50%-ni təşkil edən azərbaycanlıların hüquqlarını kobudcasına tapdaladığı, təhsil haqqını tanımadığı və s., xarici siyasətində- regionda qonşularını təhdid etdiyi, təcavüzkar Ermənistanın müttəfiqi rolunda çıxış etdiyi, terroru himayə etdiyi və s. üçün parçalanmalı, Azərbaycanın cənubu müstəqil olmalı və şimalı ilə birləşməlidir”.

Əli