Laçına yeni təyin edilən xüsusi nümayəndə kimdir? - Dosye Siyasət

Laçına yeni təyin edilən xüsusi nümayəndə kimdir? - Dosye

Prezident İlham Əliyev Məsim Məmmədovun Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Bu təyinatadək M.Məmmədov iqtisadiyyat nazirinin müşaviri vəzifəsini tutub.

O daha əvvəl də bir sıra yüksək vəzifələrdə çalışıb. M.Məmmədov Əmlak Məsələləri Dövlət Xidmətinin və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət, təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri kimi də fəaliyyət göstərib.