
Yaşar Kələntərli:"Bizim partiyada olanlar da həmin məktəbin məzunlarıdır"
Yeganə Mehdibəyli:"Mənim üçün 2 ən böyük şəxsiyyət var – Məhəmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəy"
Vaqif Abışov:"Erlçibəyin apardığı mçübarizədə birinci yerdə dövlətçilik, bütövlük dururdu"
Niyaməddin Orduxanlı:" Elçibəy Milli Azadlıq Hərakatının şəriksiz lideridir "
Mircəlal Yusifli: "Türk Dünyası böyük türk kişilərindən birini vaxtsız itirdi"
BAXCP Ali Məclisinin sədri Yaşar Kələntərli bildirdi ki, Azərbaycanda xalq hərəkatı başlayandan bu günə qədər ənənəvi olaraq 24 iyun bizim üçün ən əziz və yaddaşlardan silinməyəcək bir gün olaraq qalır və bu belə də davam edəcək: "Biz hər zaman bəyin sağlığında o hiss etmədən bu günü öz aramızda qeyd edirdik. Amma bəy dünyasını dəyişdikdən sonra partiya olaraq hər il iyunun 24-də bu tədbirə qatılmışıq və bundan böyük şərəf duyuruq. Əbülfəz Elçibəylə bağlı xatirələr o qədər çoxdur ki, onun hamısını yada salmaq və qələmə almaq çətindir. Amma müəyyən məqamları yada salmaq olar. Mən həm hərəkat dövründə, həm də bəy Kələkidə olan zaman gedən proseslərin hamısında iştirak etmiş şəxslərdən biriyəm. Kələkidə bəylə görüşüb ayıdandan sonra adamda ruh yüksəkliyi yaranırdı, elə bilridik ki, Azərbaycanda bütün problemlər qısa zamanda öz həllini tapacaq. O həmişə deyirdi ki, əsas müstəqilliymizidir. Digər problemlər hətta inkişaf etmiş dövlətlərdə də mövcuddur və zaman keçdikcə həll olunacaq. Elçibəyin vətənini, millətini sevməyi öyrətdiyi insanlar həmişə bunu özlərində qoruyub saxlayacaq və sonrakı nəsillərə də öyrədəcəklər. Əksəriyyətimiz tələbə olarkən hərakata qoşulmuşduq".
Y.Kələntərli bildirdi ki, Ə.Elçibəy bizə dövlətimizə millətimizə sevgini öyrədib: "O hər zaman dövlətimizi, millətimizi sevməyi, ona bağlı olmağı və laızm gələndə onun uğrunda ölməyi öyrətdi. O hər zaman deyirdi ki, müstəqil olmayan bir dövlətin, millətin gələcəyi yoxdur. Biz bacardıqca bu xarakteri özümüzdə formalaşdlırmağa çalışdıq və hazırda onun yolu ilə gedirik. Əbülfəz Elçibəyin ən yaralı yeri Azərbaycanın bütövlüyü məsələsi idi. Yadımdadır, Bütöv Azərbaycan Birliyi qısa müddətdə quruldu. Elçibəy böyük bir təşkilat formalaşdırdı. Respublikanın elə bir bölgəsi olmadı ki BAB-ın orada yerli strukturu olmasın. O zaman Güneydəki proseslərin sürətlənən dövrləri idi. Həmin dövrdə Elçibəy bizə göstəriş vermişdi ki, Güneydəki soydaşlarımızın hüquqları ilə bağlı imzatoplama kampaniyası keçirək və BMT-yə etirazımızı bildirək. Biz qısa müddətdə 700 minə yaxın imza topladıq və həmin sənədləri BMT-nin Azərbaycan ofisinə təqdim etdik. O zaman demişdi ki, Azərbaycanın problemlərinin həlli Təbrizdən keçir. Təəssüf ki, hətta bizim Güneydəki dostlarımızdan bəziləri bunu kinayə ilə qəbul edirdi. Sonra Azərbaycanın bütövlük məsələsini siyasi arenaya bizim partiyamız – Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası gətirdi. Bu təşkilatdakı insanıarın hamısı millətə dövlətə sevgisi olan şəxslərdən təşkil olunub. Elçibəy millətə, dövlətə sevgi məkltəbi formalaşdırmışdı, Bizim partiyada olanlar da həmin məktəbin məzunlarıdır".
BAXCP MNTK Sədri Yeganə Mehdibəyli bildirdi ki, Elçibəy dövlətini, millətini və bütün türk dünyasını sevən böyük bir insan idi: "O bütün ömrünü ideologiyaya sərf edən bir insan idi. Elçibəy o qədər nəhəng idi ki, bir çərçivəyə sığmırdı. Mən hazırda BAXCP-də fəaliyyyət göstərirəm və fəxr edirəm ki, təmsil olunduğum paritya onun ideyalarını daşıyan insanlardan təşkil olunub. Biz onun ideyaları ilə partiyanın fəaliyyətini daha da genişləndiririk. Onun ölkəyə rəhbərlik etdiyi dönəmdə də Azərbaycan xeyli inkişaf etdi, uğurlara imza atdı. O narazı olan insanları müxtəlif təşkilatlarda fəaliyyət göstərməsinə şərait yaradır, barışdırıcı mövqedən məsələyə yanaşırdı. Hamını bir ideya – Bütöv Azərbaycan ideologiyası ətrafında birləşdirdi. Bütöv Azərbayycan Birliyi də bu isdeyanı daşıyan adamların bir mərkəzinə çevrilmişdi. Orada professorlar, alimlər, gənclər var idi. Amm hamı eyni səviyyədə bir- birinə yanaşırdı. Çünki hamını birləşdirən bir ideologiya vardı və orada olan insanlar bütün varlığı ilə buna inanırdılar. Təkcə Bütöv Azərbaycan deyıl, Turan ideologiyası da bu təşkilatın əsas prioritetlıərindən idi və daim bu barədə müzakirələr aparılırdı. Elçibəyin qoyduğu ideyalar yaşayır. Elçibəy nəhəng şəxsiyyət idi. Hesab edirəm ki, onun həyat və fəaliyyəti bundan sonra da araşdırılacaq və gələcək nəsillərə çatrdırılcaq. Mənim üçün 2 ən böyük şəxsiyyət var – Məhəmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəy".
BAXCP Ali Məclisinin Elm və təhsil komitəsinin sədri Vaqif Abışov bildirdi:"Elə böyük insandan danışırıq ki, onu təkcə biz, Türk dünyası yox, dünyada qeyri- türklər, qeyri- azərbaycanlılar da sevİrlər". Onun sözlərinə görə, Elçibyin tarixdə belə qalmasının, onun sevilməsinin səbəbi, vətəninə, millətinə dövlətinə bağlılığı, onu bütün varlığıyla sevməsi ilə bağlıdır: " Onun amalında Azərbaycan heç bir yad dövlətin təsiirndə olmamalı, öz dili sərbəst işlədilməliydi. Bu amalın həyata keçirilməsində onun qarşısında hər hansı bir qüvvə dayana bilməzdi. Elçibəy heç bir maneədən çəkinmədən mübarizə aparmışdı və mübarizəsini də qələbə ilə nəticələndirmişdi". Vaqif Abışov dedi ki, Erlçibəyin apardığı mçübarizədə birinci yerdə dövlətçilik, bütövlük dururdu: "Bu mübarizədə o öz şəxsi həyatını, zərbələrdən qorunmağı düşünməyib. Mənim onunla tanışlığım hərəkat dövrünə təsadüf edir. Onun apardığı ideoloji mübarizəni səmimi qəlbdən qəbul edib və mübarizəyə qoşulmuşam. O, tarixi şəxsiyyət və siyasi xadimdir. Heç zaman onu vətənlə, dövlətlə bağlı ruh düşkünlüyündə danışan bir vəziyyətdə görməmişəm. O fəaliyyət istiqamətini daim genişləndirməyə çalşıb. Elçibəy AXC-yə gəlmək üçün çəkinən insanları qınamırdı. O, deyirdi ki, onları qınamaq düzgün deyil. Bura gəlmək istəməyən insanların digər təşkilatlarda mübarizəyə qoşulımasına şərait yaradırdı. Onun böyük tarixi fəaliyyəti var və danışmaqla qurtaran deyil".
BAXCP Ali Məclisinin İctimai-siyasi əlaqələr komitəsinin sədri Niyaməddin Orduxanlı:"İlk dəfə Əbülfəz Elçibəyi 1993-cü ildə görmüşəm. O prezident olanda AXC-nin mənzil qərargahında "Gənc Siyasi Natiqlik" məktəbi açılmışdı. 20 nəfərdən artıq gəncə həmin məktəbdə siyasi biliklər və digər bacarıqlar öyrədirdilər.
1997-ci ildə tələbə olarkən "Cümhuriyyət" qəzetində müxbir kimi fəaliyyət göstərirdim. Elə həmin il də Elçibəy Bakıya qayıtmışdı. Çox qısa müddət ərzində Elçibəylə münasibətim yarandı. Artıq mən AXCP gənclər komitəsində şöbə müdiri vəzifəsində çalışırdım. Həm də "Cümhuriyyət" qəzetinin parlament müxbiri idim. Müxbir kimi də bəylə tez-tez təmaslarım olurdu. 1999-cu ildə Azərbaycanda ilk dəfə bələdiyyə seçkiləri keçirildi. 21 yaşım təzə tamam olmuşdu. Elçibəyə dedim ki, qanunla seçkidə iştirak etmək üçün 21 yaş olmalıdır və istəyirəm seçkilərə qatılım. İnanırsınız, Elçibəy sevindi və dedi ki, gözəl təşəbbüsdür, sən partiyanın namizədi olacaqsan. Seçkiyə qatıldım və 1999-cu ildə AXCP-nin namizədi kimi Azərbaycanın ən gənc bələdiyyə üzvü seçildim. Hətta bu faktın özü belə beynəlxalq təşkilatların hesabatında yer aldı ki, ana müxalifət partiyasının namizədi 21 yaşında seçkili orqana seçilib. Həmin ilin dekabrında MSK seçkinin nəticələrini elan etdi. Bu xəbəri Elçibəyə özüm dedim. Bəy sevindi və dedi:"Rəhmətlik Həcəf Həcəfovun ölümündən sonra belə sevincim ilk dəfədir. Sən bilirsən necə böyük uğura imza atmısan? Bu hadisə sənin həyatında böyük rol oynayacaq". Onun sevincinin bir də səbəbi o idi ki, gənclər siyasətə bu cür maraq göstərir...
Elçibəy Milli Azadlıq Hərakatının şəriksiz lideridir. Onun Azərbaycan xalqı qarşısında çox böyük xidmətləri var. O böyük ürək sahibi, millətinə, xalqına bağlı insan idi. Hər il BAXCP lideri Qüdrət Həsənquliyev bütün rartiya rəhbərliyində olan şəxslərlə birlikdə Elçibəyi yad edir. Bu ənənə bu il davam edəcək. Allah Elçibəyə qəni-qəni rəhmət eləsin".
BAXCP MHTK-nın üzvü Mircəlal Yusifli:"Elçibəy son dərəcə təmizkar və zövqlü idi. Ancaq bizi bunlardan öncə onun varlığındakı ürəyəyatımlı fərqli cəhət cəlb edirdi ki, bu da Elçibəyin ev adamına məxsus doğmalığı, səmimiliyi, həsəd ararılmalı cəsarəti idi. Loğvalıq, təkəbbürlük, özündən razılıq ona xas deyildi. Uşaq kimi saf, kinsiz, küdurətsiziydi. Saxtakarlıqdan, yalandan, bir də rüşvətdən iyrənirdi. Onun dərsi də xüsusi dərs idi. Mühazirəni yüksək peşəkarlıqla deyirdi. Mövzunu quru və danışmaq ona yad idi. Dərs son dərəcə canlı və hamımızın iştirakı ilə keçirdi. Bu, ona xas nadir üslub idi. O, bizi həyacanlandırmağı və söhbətə qoşmağı bacarırdı. Ona görə də onun dərsində darıxmaq, mürgüləmək, tez-tez saata baxmaq yada düşmürdü. Başqa mühazirələrdə canını dişinə tutub oturan bizlər, gözünü açıq-aşkar yumub yatanlarımız, rəncərədən baxanlarımız, mühazirədən qaçanlarımız onun dərsini səbirsizliklə gözləyərdilər. Bu qoşa saat nə vaxt başlar, nə vaxt qurtarar hiss etməzdik.
Yadımdadır, Orta Asiyaya səfərini başa vuran Türkiyənin rrezidenti Turqut Özal böyük nümayəndə heyəti ilə Bakıya gəldi. Həmin gün Elçibəylə görüşən Özal ertəsi gün Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra Milli Məclisə gələrək burada çıxış etdi. Azərbaycanı da özünün vətəni sayan Özal öz münasibətini belə bildirdi:"Müstəqil dövlətimizin parçalanması yolverilməzdir". Sonra o, xəbərdarlıq edərək dedi:"Türk millətinin səbri zorlanmamalıdır".
Mən o zaman xarici işlər nazirinin müavini vəzifəsində çalışırdım. Hazirlər Kabinetində Elçibəylə Özalın hər iki ölkənin iş adamları ilə görüşündə Azərbaycanla Türkiyə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı persrektivləri müzakirə edildi. Görüşü yekunlaşdıran Elçibəy bildirdi ki, 70 illik qaralılıq şəraitindən sonra müstəqil, azad iqtisadi əlaqələr imkanı qazanan, eyni vaxtda bir neçə tarixi vəzifə yerinə yetirən Azərbaycan bütün problemlərini tədricən həll edəcəkdir.
Elçibəy bütün qanı, canı ilə türkçü idi. Həm də bu üzdən deyə bilərəm ki, Türk Dünyası böyük türk kişilərindən birini vaxtsız itirdi".