Prezident ABŞ dövlət katibinin köməkçisinin müavinini qəbul edib Siyasət

Prezident ABŞ dövlət katibinin köməkçisinin müavinini qəbul edib

İlham Əliyev: "Ümid edirəm ki, uğurlu əməkdaşlığımız ABŞ-ın yeni administrasiyası ilə də davam etdiriləcək"

Azərbaycan prezidenti İlham ƏliyevAmerika Birləşmiş Ştatlarının dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini xanım Bridcet Brinki qəbul edib.
Dövlət başçısı xanım Bridcet Brinklə bu ilin yayında ikitərəfli münasibətlər, regional məsələlərlə bağlı apardıqları geniş müzakirələri xatırlayaraq ölkələrimiz arasında uğurlu əməkdaşlığın ABŞ-ın yeni administrasiyası ilə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Bridcet Brink isə ölkəsinin Azərbaycana, bütövlükdə regiona olan güclü dəstəyini qeyd edərək Birləşmiş Ştatların bu istiqamətdə uzun müddət ardıcıl siyasət həyata keçirdiyini vurğulayıb.
Görüşdə Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ətrafında geniş fikir mübadiləsi aparılıb.