16:42
1 260
İranın ABŞ və İsrail ilə münaqişə zamanı atdığı addımlar, o cümlədən Hörmüz boğazının bağlanması bütün "qırmızı xətləri" keçib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının (KƏDƏŞ) Baş katibi Casim Məhəmməd əl-Budayvi bildirib.
"Al Jazeera" nəşri onun sözlərini belə sitat gətirir: "Onlar Hörmüz boğazını bağlayıblar və oradan keçid üçün ödəniş tətbiq ediblər ki, bu da təcavüzdür və Birləşmiş Millətlər Təşkilatının dəniz hüququ haqqında konvensiyasının pozulmasıdır. Bundan əlavə, bəzi gəmilər qaçırılıb və ya hücuma məruz qalıb. Beynəlxalq gəmiçilik də bundan zərər görüb".
Baş katib həmçinin vurğulayıb ki, İranın Körfəz ölkələrinə hücumu regionda "sadəcə növbəti gərginlik" deyil, İran və Körfəz dövlətləri arasındakı münasibətlərdə "dönüş nöqtəsi" olub.
"İran məqsədyönlü şəkildə Körfəz ölkələrinə zərbələr endirir. Bu hücumlar mülki hədəflərə qarşı yönəlib. İranın raket və pilotsuz uçuş aparatı (PUA) hücumları dinc sakinlərin və vətəndaşların həyatını itirməsinə səbəb olub", — deyə əl-Budayvi bildirib.
Məryəm Quliyeva