16 Yanvar 2025 21:53
3 066
“Bir millət, iki dövlət” şüarı və “tək ürək, tək bilək, tək yumruq” olaraq Azərbaycanla birgə işləməyə davam edəcəyik.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin X hesabında paylaşıb edilib.
Qeyd olunub ki, Türkiyənin Qars şəhərində keçiriləcək “Qış təlimi - 2025” birgə təlimində iştirak etmək məqsədilə Azərbaycan hərbçiləri Türkiyəyə gediblər.
Onları Həsrət körpüsündə Türkiyənin 5-ci Sərhəd Briqadası Komandanlığı qarşılayıb.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi daha əvvəl Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində keçiriləcək “Qış təlimi - 2025” birgə təliminə hazırlıq məqsədilə Azərbaycan-Türkiyə dövlət bayraqlarının dəyişmə mərasiminin baş tutduğu barədə məlumat yaymışdı.
25 Mart 17:31
1 330
25 Mart 15:12
1 400
25 Mart 15:01
1 323